Kapitanla uzunmüddətli müqavilə imzalanır

22:46 2 May 2023

PSJ kapitanı Markinyosla müqavilə müddətini uzadacaq.

 

Sportarena.az "RMC Sport"a istinadən xəbər verir ki, yeni müqavilə 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

 

Bununla bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb və 2 qol vurub. Braziliya millisinin üzvü 2013-cü ildən PSJ-də oynayır.


Digər xəbərlər

Xəbər xətti