“Beşiktaş”dan “Sabah”ın mesajına cavab: "Salam, can qardaş"

20:47 2 May 2023

Türkiyənin "Beşiktaş" klubu "Sabah"ın onları xeyriyyə matçı üçün Bakıya dəvəti ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi Feysbuk səhifəsi vasitəsilə etdiyi paylaşımda "Sabah"ın dəvətini qəbul etdikləri bildirilib.

 

"Beşiktaş" "Sabah"ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

"Salam can qardaş,

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq".

 

Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə "Sabah"la "Beşiktaş"ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacağı planlaşdırılıb. 


Digər xəbərlər

Xəbər xətti