İngiltərənin "Lids Yunayted" klubu baş məşqçi Xavi Qrasiya ilə yollarını ayıracaq.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispaniyalı mütəxəssisi uğursuz nəticələrə görə istefaya göndərəcək.
"Lids Yunayted"i kimin çalışdıracağı da məlumdur. Tanınmış məşqçi Sem Ellardays komandanın "sükan"ı arxasına gətiriləcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 68 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, məşqçilik karyerası ərzində bir çox Premyer Liqa klublarında işləmiş Sem Ellardays 2016-cı ildə İngiltərə milli komandasına da rəhbərlik edib.