“Çelsi” “Arsenal”a da uduzdu - VİDEO

09:34 3 May 2023

İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

Çempionluq uğrunda mübarizə aparan “Arsenal” London derbisində “Çelsi”ni qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

 

Bu nəticədən sonra 78 xala malik “Arsenal” vahid liderdir. İki oyun az keçirmiş “Mançester Siti” 76 xalla ikinci, “Nyukasl” 65 xalla üçüncüdür. “Mançester Yunayted”in 63, “Liverpul”un 56, “Tottenhem”lə “Aston Villa”nın 54, “Çelsi”nin 39 xalı var.

 

İngiltərə Premyer Liqası

34-cü tur

2 may

Arsenal – Çelsi 3:1

Qol: Edeqor, 18; 31. Q.Jezus, 34 – Madueke, 65.


Xəbər xətti