Almaniya kubokunda ilk finalçı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ilk yarımfinal görüşü “Frayburq”la “Leypsiq” arasında baş tutub.
Qonaqlar bu oyunda darmadağınla qalib gələrək finala yüksəliblər.
Digər finalçı sabah keçiriləcək “Ştutqart” – “Ayntraxt” matçında müəyyənləşəcək.
Almaniya kuboku
Yarımfinal
2 may
Frayburq – Leypsiq 1:5
Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.