Serxio Buskets hələ qərarını verməyib. O, “Barselona”da qalıb-qalmayacağına tezliklə aydınlıq gətirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə təcrübəli yarımmüdafiəçi özü məlumat verib. Dünən “Osasuna”ya qarşı keçirilən matçdan sonra futbolçu jurnalistlərlə danışıb:
“Gələcəyim barədə özüm üçün qərar vermişəm. Hələ açıqlamaq istəmirəm. Bir neçə günlük istirahət imkanımız var. Son dəfə düşünüb götür-qoy etdikdən sonra baş məşqçi Xavi Ernandeslə danışacam. Qərarımı onunla son müzakirədən sonra açıqlayacağam”.
“Barselona” yetirməsi olan 34 yaşlı yarımmüdafiəçi 2008-ci ildən əsas heyətdə oynayır. Cari mövsümün sonunda onun müqaviləsi bitir və getmək istəyir. Ərəb ölkələrindən təklif alan futbolçunun daha çox qazanmaq imkanı var. İspaniya nəhəngi isə onun daha bir mövsüm komandada qalması üçün çalışır.