Lemparddan əsrin antirekordu

12:34 3 May 2023

Dünən “Arsenal”a 1:3 hesabı ilə uduzan “Çelsi”nin baş məşqçisi Frenk Lempard antirekorda imza atıb. O, müvəqqəti təyin olunduğu bu postda ardıcıl 6-cı dəfə xalsız qalıb.

 

Sportarena.az xəbər verir ki, bu, gənc məşqçinin ardıcıl 10-cu məğlubiyyətidir. Çünki ilin əvvəlində istefa verdiyi “Everton”da da son 4 oyunda onun yetirmələri uduzmuşdu. Bu nəticə isə İngiltərə Premyer Liqasında 21-ci əsrdə ən pis göstəricidir.

 

Lempard çempionatda son qələbəsini ötən il oktyabrın 22-də qazanıb. “Everton”un “Kristal Pelas”ı 3:0 hesabıyla məğlub etdiyi görüşdən bu yana Frenkin üzü gülməyib. Məşqçi son 20 oyunda 1 qələbə, 2 heç-heçə və 17 məğlubiyyət görüb.


Digər xəbərlər

Xəbər xətti