“Barselona”nın futbol direktoru Mateu Alemani klubdan ayrılır. O, gələn ay İspaniyanı tərk edəcək.
Sportarena.az xəbər verir ki, klubun uğurlarında böyük rolu olan bu şəxs yeni layihəyə başlamaq niyyətindədir. Bu səbəbdən müqaviləsinin başa çatmasına daha bir il qalsa da, klub prezidenti Xuan Laporta ilə görüşərək razılıq alıb. Mateu karyerasında yeni mərhələyə qədəm qoymaq istədiyini, yayda “Barselona”ya yardım edərək gedəcəyini bildirib. O, qeyri-rəsmi də olsa, yay transferlərində iş başında olacaq.
Alemaninin yeni iş yeri “Aston Villa” olacaq. İngiltərə klubunun ispan baş məşqçisi Unay Emeri çox böyük bir layihə üçün Mateunu İngiltərəyə çağırıb. “Barselona”nın onu kiminlə əvəzləyəcəyi hələ bəlli deyil.