“Neftçi”nin legionerinin cəzası açıqlanıb

16:50 3 May 2023

Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ”la keçirilən oyunda qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Vojislav Stankoviçin cəzası açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, AFFA İntizam Komitəsi təcavüzkar davranış səbəbindən serbiyalı futbolçuya 2 oyunluq cəza kəsib.

 

Bu, “ağ-qaralar”ın 1600 manat cərimələnməsinə səbəb olub. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması bakılılara əlavə 1600 manatlıq cərimə bahasına başa gəlib.

 

Bundan başqa, hər iki klub azarkeşlərinin davranışı ucbatından xərcə düşüb. Həm “Neftçi”, həm də “Qarabağ”ın fanatları meydançaya yad əşyalar atıblar. Həmçinin, onların kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadə işlətmələri də diqqətdən yayınmayıb. Bütün bunlar “Neftçi” və “Qarabağ”ın hərəsinin əlavə olaraq 5600 manat cərimələnməsinə yol açıb.


Digər xəbərlər

Xəbər xətti