"Zenit"dən "Arsenal"a

14:22 3 May 2023

"Arsenal" yayda Rusiyadan futbolçu transfer edəcək.

 

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, London klubunun yay üçün transfer hədəfləri arasında "Zenit"in vingeri Malkomun da adı var.

 

26 yaşlı braziliyalı 2019-cu ildən Sankt-Peterburq klubunda çıxış edir.

 

Onun "Zenit"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

Rusiya nəhəngi "Arsenal"dan Malkom üçün 27 milyon avro tələb edir. O, bu mövsüm RPL-də 25 oyuna çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. 


Xəbər xətti