Dünyanın ən çox qazanan idmançıları - SİYAHI

15:28 3 May 2023

Amerikanın "Ferbes" nəşri son bir ildə ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunda çıxış edən Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı hücumçu 136 milyon dollar gəlir əldə edib.

 

İlk "3-lük"də PSJ-nin futbolçuları qərarlaşıb. Argentinalı Lionel Messi 130 milyon dollarla ikinci, fransalı forvard Kilian Mbappe isə 120 milyon dollarla üçüncü yerdədir.

 

İlk "10-luq" belədir:

1. Kriştiano Ronaldo (futbol) - 136 milyon dollar

2. lionel Messi (futbol) - 130 milyon dollar

3. Kilian Mbappe (futbol) - 120 milyon dollar

4. Lebron Ceyms (basketbol) - 119,5 milyon dollar

5. Kanelo Alvares (boks) - 110 milyon dollar

6. Dastin Conson (qolf) - 107 milyon dollar

7. Fil Mikelson (qolf) - 106 milyon dollar

8. Stefen Körri (basketbol) - 100,4 milyon dollar

9. Roje Federer (tennis) - 90,1 milyon dollar

10. Kevin Dürant (basketbol) – 89.1 milyon dollar


Digər xəbərlər

Xəbər xətti