İspanlarla müqaviləsini ləğv edib Türkiyəyə qayıdır

14:51 3 May 2023

Türkiyə millisinin sabiq üzvü Emre Çolak İspaniyanın "İntersiti" klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 3-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Çolak şəxsi səbəblərə görə və Türkiyəyə qayıtmaq üçün bu qərarı verib.

 

2012-2017-ci illərdə Türkiyə millisində çıxış edən futbolçu bu ilin yanvar ayında  "İntersiti" ilə müqavilə bağlamışd. Fevral ayında Türkiyədə baş verən güclü zəlzələdən sonra ailəsinə, sevdiklərinə daha çox vaxt ayırmaq üçün karyerasını bitirdiyini açıqlayan Çolak bir gün sonra qərarını dəyişmişdi.


Digər xəbərlər

Xəbər xətti