Güllə atıcılarımız Hannoverdə daha 2 medal qazandılar

19:44 3 May 2023

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə yığmasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medala sahib çıxıb.

 

Sportarena.az xəbər verir ki, komanda yarışında isə iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) Hannoverdə keçirilən beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıb.


Xatırladaq ki, bu turnir 17-29 sentyabr 2023-cü ildə Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.


Digər xəbərlər

Xəbər xətti