Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" səfərdə "Lvov"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Emil Mustafayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi matçın 70-ci dəqiqəsində meydana daxil olub. U-21 millimizin sabiq üzvü 90+3-cü dəqiqədə sarı vərəqə görüb.
Xallarını 37-yə yüksəldən "Aleksandriya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.