"Liverpul" 60 milyon avroluq yarımmüdafiəçini istəyir

21:52 3 May 2023

İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, Mersisayd təmsilçisi "Sportinq"in yarımmüdafiəçisi Manuel Uqarteni transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

22 yaşlı futbolçunun Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Uruqvaylı futbolçunun sərbəstqalma məbləği 60 milyon avrodur.

 

Qeyd edək ki, "Sportinq" Manuel Uqarteni 2021-ci ilin yayında "Farmalikan"dan transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti