“Bayern”in baş məşqçisi Tomas Tuhel Serj Qnabriyə güvənir. O, rəhbərlikdən bu futbolçunu satmaq niyyətindən vaz keçməyi tələb edib.
Sportarena.az xəbər verir ki, futbolçu da Münheni sevir və getmək niyyəti yoxdur. Amma rəhbərlik onun agentinə müştrəisinə klub axtarmağ tapşırıb. Klub daha keyfiyyətli cinah hücumçusu almaq niyyətindədir.
Bir sıra İngiltərə klubunun müştəri düşdüyü 27 yaşlı oyunçu 2017-ci ildə “Verder”dən 8 milyon avroya transfer edilib. Münhenlilərlə daha 3 illik anlaşması olan futbolçunun bazar dəyəri 55 milyon avrodur.