Haland 5 komandadan daha çox qol vurub

12:20 4 May 2023

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqanın 28-ci turunun təxirə salınmış "Vest Hem"lə matçında (3:0) qol vurub. 

 

Sportarena.az xəbər verir ki, bu, norveçli hücumçunun ölkə çempionatında 2022/2023  mövsümdə vurduğu 35-ci qolu olub. Bununla da o, bir mövsümdə vurulan qolların sayına görə İngiltərə çempionatının mütləq rekordunu qırıb. Haaland 1993/1994 mövsümündə 40 matçda 34 qol vuran Endi Koul və 1994/1995 mövsümündə 34 qol vuran Alan Şirerin rekordunu yeniləyib.

 

Haaland eyni zamanda bu mövsüm  Premyer Liqada 5 komandadan daha çox qol vurub. "Çelsi", "Vulverhempton", "Nottinqem Forest", "Everton" və "Southempton" 35-dən az qol vurub.

 

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm  Premyer Liqada 31 oyuna çıxıb. "Mançester Siti"nin bu mövsümün sonuna qədər ölkə çempionatında daha beş oyunu var.


Digər xəbərlər

Xəbər xətti