Səudiyyə Ərəbistanı hökuməti Fransanın PSJ komandası və Argentina millisinin futbolçusu Lionel Messiyə müqavilə təklifi etməyə hazırdır.
Sportarena.az "The Telegraph"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının klublarından birinə keçsə, ildə 400 milyon avro (320 milyon funt-sterlinq) maaş ala biləcək.
“Əl-Nəsr”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo 165 milyon funt-sterlinq qazanır.
Məlumata görə, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri Messinin atası ilə danışıqlar aparacaq.