PSJ-nin hücumçusu Neymar sosial şəbəkədə özünün və komanda yoldaşı Lionel Messinin “Barselona”da birgə olduqları dövrün fotosunun yer aldığı paylaşımı bəyənib.
Sportarena.az xəbər verir ki, foto “Onlar o vaxt çox xoşbəxt idilər!” başlığı ilə paylaşılıb.
Mayın 3-də PSJ-nin bir qrup azarkeşinin Neymarın evini mühasirəyə alması xəbəri yayılıb. Futbolçu həmin an evdə olub, sosial şəbəkədə “İnsanların sizi fırtınalarına sürükləməsinə imkan verməyin, onlara rahatlıq verin” sözlərini yazıb.
Bundan əvvəl azarkeşlər klub rəhbərliyinin qərargahı qarşısında braziliyalı futbolçunu təhqir etmişdilər.
Daha əvvəl Messinin mövsümün sonunda PSJ-dən ayrılacağı bildirilirdi.
Neymarın parislilərlə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.