Belarus milli komandası AVRO-2024-ün seçmə mərhələsinin iki ev oyununu Macarıstanda keçirəcək.
Sportarena.az Belarus mətbuatına istinadən xəbər verir ki, hər iki ölkənin futbol federasiyaları bu barədə razılığa gəliblər.
Belarus iyunun 16-da İsrail və 19-da Kosovo ilə görüşlərini Macarıstandakı "Ferenç Susa" stadionunda oynayacaq.
UEFA-nın qərarı ilə Belarus millisinin ev oyunları neytral meydanda və azarkeşsiz keçirilir.