Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində dördüncü oyun gününün daha bir qarşılaşması başa çatıb.
Sportarena.az xəbər verir ki, B qrupu çərçivəsində baş tutan son matçda Fransa və Qazaxıstan yığmaları üz-üzə gəliblər.
Bakı Tennis Akademiyasında keçirilən görüş Qazaxıstanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qazaxıstan millisi qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb. Fransa və Ukrayna isə digər qrupun 2-3-cü yerlərini tutacaq komandalarla pley-offda üz-üzə gələcəklər.
Xatırladaq ki, bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri də baş tutacaq.