Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntsun taleyinə aydınlıq gəlib.
Sportarena.az Türkiyə Futbol Federasiyasına (TFF) istinadən xəbər verir ki, almaniyalı mütəxəssis postunda qalacaq.
Bunu TFF prezidenti Mehmeh Büyükekşi açıqlayıb. O, mətbuatda yayılan məlumatların şayiə olduğunu, 61 yaşlı məşqçi ilə yollarına davam edəcəklərini bildirib.
Qeyd edək ki, bir gün əvvəl federasiyanın baş məşqçini istefaya göndərdiyi barədə xəbərlər yayılmışdı. Kuntsun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.