Super Liqa klubunda yeni baş məşqçi

21:23 4 May 2023

“Girəsunspor”un yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, bir neçə gün öncə Hakan Keleş ilə yollarını ayıran Super Liqa təmsilçisi onu İrfan Buzla əvəz edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

 

İrfan Buz daha öncə “Bursaspor”, “Gənclərbirliyi”, “Yeni Malatyaspor”, “Osmanlıspor”, “Samsunspor” və “Kasımpaşa”nın da baş məşqçisi olub.

 

“Girəsunspor” bu mövsüm keçirdiyi 30 oyunda 27 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti