Almaniyanın "Bavariya" klubu mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirəcək.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi "Napoli"nin futbolçusu Viktor Osimheni transfer etmək istəyirdi. Lakin Bundesliqa klubu nideriyalı forvardın transferindən imtina edib. "Bavariya" 24 yaşlı hücumçu üçün 150 milyon avro ödəmək istəmir.
Qeyd edək ki, Viktor Osimhen "Napoli"yə 2020-ci ilin yayında "Lill"dən tarnsfer olunub. Nigeriya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 26 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.