"Qalatasaray" milli üzvü ilə yeni müqavilə imzaladı

22:47 4 May 2023

Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə imzalanıb

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Barış Alper Yılmazın sözləşməsinin müddətini uzadıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı vinger 2027-ci ilin yayına kimi "cim bom"a məxsus olacaq.

 

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti