Türk futbolçu üçün 3 müştəri

23:31 4 May 2023

"Atalanta"nın müdafiəçisi Merih Demiral mövsümün sonunda komandadan ayrılmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, türk mərkəz müdafiəçisi ilə Avropanın bir neçə klubu yaxından maraqlanır. "Vulverhempton", "Nyukasl" və Dortmund "Borussiya"sı 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. İtaliya klubu Merih üçün 20 milyon avro tələb edir.

 

Qeyd edək ki, Merih Demiral "Atalanta"ya 2021-ci ilin yayında "Yuventus"dan transfer olunub. Türkiyə millisinin üzvü cari mövsümdə A Seriyası klubunun heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti