İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Empoli” “Bolonya” üzərində inamlı qələbəyə sevinib.
Lider “Napoli” isə səfərdə “Udineze” ilə “sülh bağlayıb”. Nəticədə Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də qızıl medal qazanmışdı.
İtaliya A Seriyası
33-cü tur
4 may
Empoli – Bolonya 3:1
Qol: Lukumi, 1-öz qapısına. Akpro, 45+1. Kambyaqi, 68 – Orsolini, 88-pen.
Udineze – Napoli 1:1
Qol: Lovriç, 13 – Osimhen, 52.