İspaniya La Liqasında 33-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“Sevilya” “Espanyol”u, “Jirona” “Malyorka”nı, “Rayo Valyekano” da “Valyadolid”i məğlub yola salıb. “Atletik” isə “Betis”lə ev oyunundan xalsız ayrılıb.
Hazırda 82 xala malik “Barselona” vahid liderdir. “Atletiko” 69 xalla ikinci, “Real” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 61, “Vilyarreal” 54, “Betis” 52 xal toplayıb.
İspaniya La Liqası
33-cü tur
4 may
Jirona – Malyorka 2:1
Qol: Bernardo, 45+2. Kastelyanos, 84 – Muriqi, 80-pen.
Sevilya – Espanyol 3:2
Qol: B.Xil, 22. Okampos, 69-pen. Qeye, 88 – Rekik, 29-öz qapısına. Puado, 43.
Atletik – Betis 0:1
Qol: V.Xose, 6.
Rayo Valyekano – Valyadolid 2:1
Qol: De Tomas, 48. Kamelyo, 80 – Leon, 84.