FIDE prezidenti Bakıya gəlir

10:42 5 May 2023

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək.

 

Sportarena.az xəbər verir ki, FIDE prezidentinin səfərində əsas məqsəd Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına açılış mərasimində iştirak etməkdir.

 

Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.


Digər xəbərlər

Xəbər xətti