Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.
Turun açılış matçında “Kəpəz”lə “Sabah” üz-üzə gəlib. Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyindən, “Kəpəz” rəqibini Qəbələ şəhər stadionunda qəbul edib.
Matç paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 0:3.
Premyer Liqa
33-cü tur
5 may (cümə)
18:00. “Kəpəz” 0:3 “Sabah” (yekun)
Qol: Kaşuk 4, Apeh, 17, Davit Volkov, 84
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu