“Yuventus”dan “Napoli”yə çempionluq təbriki

15:44 5 May 2023

“Yuventus” “Napoli”ni İtaliya A Seriyasının 2022/23 mövsümündə çempion olması münasibətilə təbrik edib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi təbrik mesajında “Napoli”ni tarixdə üçüncü dəfə skudettonu qazandıqları üçün təbrik edirik” sözlərini yazıb.

 

Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti