Nazarov ata oldu, məşqə qatılmadı

18:30 5 May 2023

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Ersgebirge”nin Almaniyanın Almaniya 3-cü liqasında “Duysburq”la keçirəcəyi 35-ci tur oyununu buraxa bilər.

 

Sportarena.az xəbər verir ki, bunu Aue təmsilçisinin baş məşqçisi Pavel Dotçev açıqlayıb.

 

O bildirib ki, 33 yaşlı hücumameyilli oyunçu dünən ilk dəfə ata olub. Bu səbəbdən futbolçu komandanın son məşqinə qatılmayıb.

 

Bolqarıstanlı mütəxəssis Nazarovla bağlı qərarı bu gün verəcəklərini söyləyib: “Dima ilə telefonla danışdım, çox xoşbəxt idi. Bütün gecəni həyəcandan yata bilməmişdi. Bu üzdən son məşqə qatılmadı. Övladının adını isə Liza qoyub. Bir gün dincəlməsini qərara aldıq. “Duysburq”la qarşılaşmada iştirak edib-etməyəcəyinə bu gün qərar verəcəyik”.

 

Qeyd edək ki, “Duysburq” – “Ersgebirge” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti