"Tottenhem"də şok itki: Mövsümü başa vurdu

20:46 5 May 2023

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Huqo Lloris sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Rayan Meyson məlumat verib. Premyer Liqanın 32-ci turunun "Nyukasl"la matçında (1:6) zədələnən fransalı qolkiper mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Tottenhem" Huqo Llorisi 2012-ci ilin yayında "Lion"dan transfer edib. 36 yaşlı "əlcək sahibi" cari mövsümdə komandanın heyətində 31 matçda meydana çıxıb.


Xəbər xətti