"Neftçi"nin prezidentinin cəzası azaldılıb

20:24 5 May 2023

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.

 

Sportarena.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.

 

Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

 

Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.


Digər xəbərlər

Xəbər xətti