İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Barselona"da çıxış edən Ansu Fatinin xidmətində maraqlıdır. Bu barədə "Sport" nəşri məlumat yayıb. "Canavarlar" 20 yaşlı vinger üçün Kataloniya təmsilçisinə 30 milyon avro və Ruben Neveşi təklif edəcək.
Qeyd edək ki, Ansu fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.