“Nyukasl” Neymarı istəmir

22:24 5 May 2023

“Nyukasl” Neymarı transfer etmək istəmir. Yayda PSJ-dən ayrılacağı deyilən braziliyalının adı İngiltərə klubu ilə yanaşı hallansa da, Premyer Liqa təmsilçisi xəbərləri təsdiq etmir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “sağsağanlar”ın baş məşqçisi Eddi Hau danışıb:

“Adı bizimlə yanaşı hallanan futbolçuların əksəriyyəti ilə maraqlanmırıq. Xəbərlər yalandır. Ağılla hərəkət etməliyik. Belə bahalı transferlər bizə sonradan problem yaradar. Bizə daha dərinə enməli, gənc istedadlar tapmalı və inkşaf etdirməliyik. Hədəfimiz budur”.

 

Xatırladaq ki, PSJ azarkeşlərinn evinə hücumundan sonra Neymar Paris klubundan ayrılmağa qərar verib. Fransa təmsilçisi 2025-ci ilin yayınadək müqaviləsi olan oyunçunu satmağa, hətta icarəyə də verməyə razıdır.


Digər xəbərlər

Xəbər xətti