Münhenqladbax "Borussiya"sı "Benfika"dan icarəyə götürdüyü Yulian Vayqlla bağlı qərar verib.
Sportarena.az xəbər verir ki, Almaniya klubu 27 yaşlı yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Borussiya" alman futbolçunun transfer hüquqlarına yiələnib. Təcrübəli oyunçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Borussiya" Yulian Vayqlı "Benfika"dan mövsümün əvvəlində icarəyə götürmüşdü. Almaniya millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.