Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə 2022-ci ilin ən yaxşı futbolçusu açıqlanıb.
Sportarena.az CONCACAF-ın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Almaniyanın "Bavariya" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis layiq görülüb.
23 yaşlı müdafiəçi ardıcıl ikinci dəfə bu mükafatı alıb.
Deyvis ötən il Kanada yığması ilə Qətərdəki dünya çempionatında iştirak edib. O, cari mövsüm Münhen təmsilçisinin heyətində 38 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.