Macarıstan çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Ferensvaroş"dur. 30-cu turun açılış oyununda komandanın ən yaxın izləyicisi "Keçkemet" "Honved"ə 0:1 hesabı ilə uduzub və xalı 51 olaraq qalıb. Yarışın başa çatmasına 2 tur qalmış hazırda birinci və ikinci yer arasında xal fərqi 9-dur. Bu o deməkdir ki, hazırda 60 xalı olan "Ferensvaroş" qarşıda keçirəcəyi 3 oyunun nəticəsindən asılı olmayaraq, çempionluğu rəsmiləşdirib.
Beləliklə Budapeşt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 34-cü dəfə Macarıstan çempionu olub.