Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün 33-cü turun daha bir oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, "Zirə" səfərdə "Şamaxı"nın qonağı olub.
Matç qonaqların qələbəsi ilə başa çatıb - 0:3.
Azərbaycan Premyer Liqası
33-cü tur
16:30. “Şamaxı” 0:3 “Zirə” (yekun)
Qol: Kulaç 35, Keyta 57, Rüstəm Əhmədzadə, 82
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq.