"Sabah" - "Beşiktaş" matçını yayımlayacaq kanallar bilindi

11:57 6 May 2023

“Sabah”la Türkiyənin “Beşiktaş” klubu arasında keçiriləcək xeyriyyə oyununu yayımlayacaq kanallar müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Qol.az"a "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

 

Onun sözlərinə görə, matç Azərbaycanda "İdman TV" və "İctimai TV"də birbaşa nümayiş olunacaq. Türkiyədə isə oyunu "Kanal D" yayımlayacaq.

 

Qeyd edək k, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacq. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti