“Real”ın yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanından 40 milyon avroluq təklif alıb.
Sportarena.az “Relevo”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu bu təklifi qəbul etməyib.
O, “Real”da qalmaq istədiyini dilə gətirib. Futbolçu “kral klubu”nu sevdiyini və ona hörmət etdiyini bildirib.
Modriçin La Liqa təmsilçisi ilə sözləşməsi cari mövsümün sonuna qədər qüvvədədir.
2022/23 mövsümündə o, İspaniya çempionatında 28 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Xorvatiya millisinin üzvü 2012-ci ildən “Real”da çıxış edir.