Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası üçüncü yer uğrunda matçına çıxacaq. Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstan yığması ilə üz-üzə gələcək.
Turnirin final görüşündə isə Serbiya və Çexiya seçmə komandaları qarşılaşacaq.
Beynəlxalq Minifutbol Turniri
Üçüncülük matçı
19:00. Azərbaycan - Qazaxıstan
Final
20:30. Çexiya - Serbiya