Premyer Liqa klubu braziliyalı hücumçu üçün rekord məbləğ ödədi

14:21 6 May 2023

İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uotford"dan Joan Pedronu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Brayton" braziliyalı hücumçu üçün Çempionşip təmsilçisinə 38 milyon avro təzminat ödəyib. Bu, klub tarixinin rekordudur. "Qağayılar" 21 yaşlı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Sambaçı" yeni klubuna mövsüm başa çatdıqdan sonra qoşulacaq.

 

Qeyd edək ki, "Uotford" Joao Pedronu 2020-ci ilin yanvar ayında "Fluminense"dən transfer etmişdi. Gənc futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti