Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta komandasını dəyişmək istəyir.
Sportarena.az “Nikkan Sports” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu meydana az çıxdığı üçün bu qərarı verib. Xəbərdə bildirilib ki, Yaxın Şərq və ABŞ klublarından İsyesta üçün bir neçə təklif var.
Qeyd edək ki, 39 yaşlı futbolçu 2018-ci ildə "Barselona"dan ayrılaraq "Vissel Kobe"yə keçib. Onun klubla hazırkı müqaviləsi 2024-cü il yanvarın 31-dəkdir