"Milan" "Latsio"nu məğlub etdi

23:30 6 May 2023

İtaliya A seriyasında 34-cü tur start götürüb.

 

Sportarena.az xəbər verir ki, "Milan" bu dəfə evdə "Latsio" ilə qarşılaşıb. Matçda meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.

 

Hesabı 17-ci dəqiqədə İsmail Bennaser açıb. Son nöqtəni isə 29-cu dəqiqədə Teo Ernandes qoyub.

 

Qeyd edək ki, "Latsio" turnir cədvəlində 64 xalla 2-ci, "Milan" isə 61 xalla 4-cüdür.


Digər xəbərlər

Xəbər xətti