“İnter” “Roma”ya, “Milan” “Latsio”ya qalib gəldi

10:18 7 May 2023

İtaliya A Seriyasında 34-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

 

“Milan” evdə “Latsio”nu 2 cavabsız məğlub edib. Milanın digər təmsilçisi “İnter” isə digər paytaxt klubu “Roma”nı səfərdə oxşar hesabla üstələyib. “Kremoneze” – “Spetsiya” matçında da meydan sahibləri 3 xalı 2 qolla qazanıblar.

 

İtaliya A Seriyası

34-cü tur

6 may

Milan – Latsio 2:0

Qol: Bennaser, 17. T.Hernandes, 29.

 

Roma – İnter 0:2

Qol: Dimarko, 33. Lukaku, 74.

 

Kremoneze – Spetsiya 2:0

Qol: Çiofani, 41. Vaskes, 77.


Digər xəbərlər

Xəbər xətti