Türkiyə Super Liqasında 33-cü tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
“Beşiktaş” səfərdə “Antalyaspor” üzərində əzmkar qələbəyə sevinib. Altı qolun vurulduğu “Adana Dəmirspor” – “Alanyaspor” matçında isə meydan sahibləri qalib gəliblər.
Türkiyə Super Liqası
33-cü tur
6 may
Antalyaspor – Beşiktaş 1:3
Qol: O.Toprak, 32 – Abubakar, 54; 89. C.Touns, 84.
Adana Dəmirspor – Alanyaspor 4:2
Qol: Ndiaye, 18. Belhanda, 45+5; 66. Y.Sarı, 57 – Kuluris, 11. E.Karaca, 45+1.