PSJ futbolçusu Lionel Messini komandada saxlamaq istəyir.
Sportarena.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Paris klubu 35 yaşlı hücumçu ilə əməkdaşlığı davam etdirməyə və müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa etməyə hazırdır.
PSJ Messini Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün iki həftəlik komandadan uzaqlaşdırıb. Argentinalı oyunçu bu hərəkətinə görə üzr istəyib. Messinin komandadan ayrılacağı güman edilirdi, lakin futbolçunun üzrxahlığından sonra onun müqaviləsi ilə bağlı vəziyyət dəyişə bilər.
Lioneli klubda qalmağa razı salmaq üçün PSJ maliyyə cəhətdən cəlbedici təklif göndərib. Futbolçunun cavabı hələ ki, məlum deyil.
Qeyd edək ki, Messinin Paris təmsilçisi hazırkı müqaviləsi yayda başa çatır. "Barselona", Səudiyyə Ərəbistanı və MLS klubları futbolçunu transfer etməkdə maraqlıdır.