Peres Ançelotti ilə xoşbəxtdir

12:40 7 May 2023

“Real”ın prezidenti Florentino Peres Karlo Ançelottinin komandadan ayrıla biləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, baş məşqçinin Madriddə qalacağını deyib.

 

Sportarena.az xəbər verir ki, dünən “Kral klubu”nun İspaniya kubokunu qazandığı matçdan sonra Peres deyib: “Bu barədə artıq eşitmək istəmirəm. Onun daha bir illik müqaviləsi var və biz bir yerdə xoşbəxtik”.

 

Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. Mütəxəssislə klub arasında müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Son vaxtlar onun yayda istefaya göndəriləcəyi və Braziliya millisində çalışacağı deyilir.

 

Xatırladaq ki, dünən Madrid təmsilçisi finalda “Osasuna”nı məğlub edərək (2:1) İspaniya kubokunun qalibi olub. Mayın 9-da “Real” Çempionlar Liqasının ilk yarımfinal matçında “Mançester Siti” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti